Gözlərini yum və bir anlıq tarix qoxuyan İstanbul küçələrində təsəvvür et özünü. Səmaya uzanan minarələri, o minarələrdən duyulan azan səsləri, möhtəşəm tarixi sarayları, köşkləri, hamamları, muzeyləri, parkları, capcanlı küçələri, Boğazın mavi suları üzərində dövrə vuran qağayıları, bir-biriylə yarışa girən gəmiləriylə İstanbul onu ziyarət edənləri dünyadan qoparır. 3 imperiyanın (Roma, Bizans, Osmanlı) paytaxtı olmuş, müharibələr, yanğınlar, zəlzələlər görmüş, ancaq hələ də tarixini və gözəlliyini bu günə kimi qoruya bilmişdi. Yeddi təpə üzərində qurulan, iki qitəni bir-birinə bağlayan İstanbul səyahət edən hər bir insanın mutləq görməli olduğu şəhərdir. Çünki İstanbula gəlib “maraqlı heç nə görmədim”, “mənə uyğun heç nə yoxdu” deyəcək insanın varlığına inanmağım gəlmir. İstanbulu qarış-qarış kəşf etmək həmişə ağlımda olan amma bir az gec  həyata keçirə bildiyim bir səfərdi. Sonradan dəfələrlə İstanbula səfər etməyimə baxmayaraq, hər dəfəsində  İlk günkü istəklə görməyə tələsirəm bu gözəl şəhəri. İlk səyahət həmişə həyəcanlı, uğurlu planlanmamış olur. Təbii ki, təcrübəsizlikdən irəli gəlir bu da. İstanbul səfəri yeni il ərəfəsinə təsadüf etdi (2012-ci il dekabr) Azal –dan od bahasına aldığımız biletlərlə ( Bakı-İstanbul-Bakı 450 azn, 2012 dekabr) yol goründü İstanbula. İlk səyahətim olduğuna gorə alternativ variantları dəyərləndirməmişdim. (Gəncə, Tiflis və  Kutaisidən daha ucuz ucuşlar etmək olardı)  3 saatlıq ucuşdan sonra İstanbul  Atatürk  hava limanına eniş etdik. Yəni tek deyildim, rəfiqəmlə bərabər səyahət edirdik. İstanbula  catanda artiq gecə idi. Taksiylə (60 tl, 27 azn. 2012-ci il) şəhəri seyr edə-edə  otelə yollandiq. İstanbulun gecəsi də gözəldir. Hava limanından metroyla da şəhərin mərkəzinə getmək mümkündür. (sonrakı səfərlərdə dəfələrlə metrodan istifadə etmişəm). Sadəcə 10 tl ödəyib  Istanbul kart alıb pul yükləməklə taksi xərclərinə qənaət edə və ya hər 30 dəqiqədən bir qarşılıqlı hərəkət edən HAVATAŞ (el arasında Havaş) avtobuslarından rahat istifadə edə bilərsiniz. Belə ki, Sabiha Gökçen Hava limanından Taksim meydanına 14 TL, Atatürk Hava limanından Taksimə isə 11 TL müqabilində rahat getmək olar. İstanbul kart haqda məlumatı bu linkdən, Havataş avtobusları haqda ətraflı məlumatı isə bu   saytdan əldə etmək olar.

Otelimizin şəhərin mərkəzində – Beyazitdə əksər tarixi məkanlara, həmçinin  tramvay xəttinə çox yaxın yerləşməsi isə çox gözəl avantajdı. (Divani Ali Hotel iki nəfərlik otaq, 84 azn, 2013, yanvar). booking.com , hotels.com saytlarından istənilən büdcəyə otel və ya hostel, airbnb.com, kayak.com saytlarından isə İstanbulun istənilən yerində kirayə  evlər  tapmaq mümkündür. Yol yorğunluğu və gec olduğuna gorə dincəlib enerji toplamalı idik, çünki səhərə bizi maraqlı gəzinti gözləyirdi.

Səhər İlk işimiz məhşur “türk kahvaaltısı”nı dadmaq oldu. Boynuma alım ki, türklərin “kahvaaltısı”na heç bir səhər yeməyi çatmır.   Ümumiyyətlə, bütün türk mətbəxini özündə birləşdirən İstanbul yemək və şirniyyat cəhətdən bol çeşidə malikdir.

DSC08976compressed

Yeməkdən sonra hec bir tura qowulmadan əlimizdə xəritəmiz şəhərin kəşfinə  başladıq. Əgər sərbəst gəzmək istəməsəniz turlara qatılmaqçün bu linklərdən  yararlana bilərsiniz.  İlk gün enerjimiz bol ikən çox yer gəzmək qərarına gəldik. İstiqamətimiz  bir-birinə yaxın məsafədə yerləşən, gəzərək kəşf ediləcək. Dikilitaş, Sultanahmet məscidi, Ayasofya muzeyi, Yerebatan Sarnıcı, Eminönü və Kapalıçarşı oldu.

Dikilitaş: İlk ziyarət etdiyimiz abidə Sultanahmet meydanının cənubunda yerləşən antik yunan   Dikilitaşı  oldu.  Ağırlığı 200 ton, original hündürlüyü 30m olan, lakin Istanbula nəql edilərkən bir hissəsi aşınan daş e.ə. 390-cı ildə Roma imperatoru Theodosus tərəfindən Misirdən gətirilərək indiki yerinə yerləsdirilmisdir.

DSC08993

Sultanahmet meydanı

DSC09004

Sultanahmet Camii: Etrafı turistlərlə sarılan Dikilitaşdan birbaşa Sultanahmet məscidinə tərəf yollandıq. Məsciddən ucalan azan səsi hələ də qulaqlarımdadır. Məscid 17-ci əsrdə Osmanlı padişahı I Ahmet tərəfindən tikdirilmişdir. Tikintisində mavi, yaşıl və ağ çinilərdən (20000–dən çox) istifadə edildiyinə görə avropalılar tərəfindən “Blue Mosque” (mavi məscid) adlandırılır. Sultanahmet məscidinə giriş sərbəstdir.( sadəcə geyimə diqqət etmək lazımdır)

DSC09026

Sultanahmet camii

Ayasofya muzeyi: Sultanahmet məscidi ilə uzbəuz dunyanin ən çox ziyarət edilən muzeylərindən olan Ayasofya  isə tarixin özüdür. Baş döndürən qübbəsi, oyma mərmər sütunları və təkrarsız naxışlarıyla  memarlıq tarixinin  şah əsərlərindən  olan Ayasofya iki böyük dinə ev sahibliyi etmişdir. Roma imperiyasının  Istanbulda tikdiyi  ən boyuk kilsə olan Ayasofya eyni yerdə 3dəfə inşa edilmişdir. 537-1453-cu illər ərzində kilsə, 1453-1931 –ci illər də məscid, 1931 –ci ildən sonra isə muzey kimi fəaliyyət gostərmişdir.

DSC02905compressed

DSC02992Muzeyə giriş biletlədir və qiyməti 30 tldir, giriş vaxtı isə yay vaxtı (aprel-oktaybr) 9.00-19.00, qış vaxtı isə (noyabr-mart) 9.00-17.00. Yeni il ərəfəsində həddindən artıq turist olduğuna görə  muzeyə  giriş ücün minimum 30 dəqiqə növbədə dayandıq. Siz bizim kimi novbədə vaxt itirməmək istəmirsinizsə, biletinizi online almağınız məsləhətdir.

DSC02904

Bilet növbəsi

Yerəbatan Sarnıcı: Istiqamət Yerəbatan Sarnıcdır. Sultanahmetdə yerləşən sarnıc 542-ci ildə Bizans imperatoru Jüstiyen tərəfindən At meydanının arxasında  yerləşən Böyük Sarayın su ehtiyacını ödəməkçün tikdirilmişdir. 52 pilləli  daş nərdivanla enilən  bu sarnıcın içərisində hər biri 9 metr yüksəkliyində 336 sütun mövcuddur. Cəmi 9.800 m2 sahəsi olan bu sarnıcda təxmini 100.000 ton su tutumuna malikdir.

DSC09065

Medusa başı

DSC09054

Sarnıc hər gün saat 9.00-17.30 arası fəaliyyət göstərir. Sarnıca giriş biletlədir. (yerlilərə 5tl, turistlərə 15tl, 2013 yanvar) Sarnıcda ənənvi Osmanlı şahlarının geyimlərində fotosesiya edə bilərsiniz. Həddən çox turist və sıxlıq olduğuna görə biz fotosessiya etmək fikrindən daşındıq.

Eminönü: Artıq günü yarı etmişdik və bir müddət sonra  yorğunluq və aclıq bizə güc gəldi. Eminönünün məhşur “ balık ekmek”nin dadına baxmaq istədik. Balıq restoranın önündən keçərkən bizi (zorla desək yanılmarıq) içəri dəvət etdilər. Üzə düşüb oturmalı olduq. Beləcə, balık-ekmek təxirə düşdü. “Karışık balık tabağı” sifariş etdik. Bəzəkli düzəkli balıqlarımız, salatımız və ayranlarımız gəldi. Amma balıqların dadı heç  də gözlədiyimiz kimi (Bakımızın balıqları daha dadlıdır) ləzzətli deyildi. Yeməyimizi yeyib bir az da dincəldikdən sonra hesabı odəyib (3 nəfərə  90 tl) restorandan ayrıldıq.

DSC09078

Eminönünə gəlmişkən boğaz turuna qoşulmamaq  olmaz. Qiymətlər də münasib. Uzun boğaz turu 25 tl, qısa boğaz turu 12 tl. Boğazın mavi suları qağayılar, gözəl mənzərə və  təbii ki, “vapurda simit çay”. IMG_0401

Kapalıçarşı: Günün  son İstiqaməti Kapalıçarşı. Dünyanın ən qədim və böyük örtülü bazarlarından biridir. 3000 dükanın yerləşdiyi  bazara gün ərzində 250000-400000 insan baş çəkir. Bazarda bir şey almadan əvvəl qiymətləri öyrənmək məsləhətdir. Çünki turistlərə qiymət fərqli (daha baha) söylənir. Hətta bacarsanız turist olduğunuzu bildirməyin. Yoxsa bizim kimi 25tl-lik malı100tl-yə alacaqsınız. Çarşıda çin mallarına da çox rast gəlinir. Kapalıçarşı bazar günü və rəsmi tətillər xaric hər gün 8.30-19.00 arası açıqdır. Artıq axşam düşür və otelə yollanırıq.DSC09113

DSC09116compressed

II gün

Xəritədə gedəcəyimiz yerləri işarələdikdən sonra düşdük yenə İstanbulun canına: Topkapı sarayı, Taksim  meydanı, İstiqlal caddesi, Müqəddəs Antuan katolik kilsəsi.

Topkapı sarayı: İlk İstiqamət Topkapı sarayınadır. 1473-cü  ildə Fatih Sultan Mehmet tərəfindən inşa etdirilən saray 400 il boyunca Osmanlı imperiyasının idarə mərkəzi olmuşdur.  Topkapı sarayı 6 bölümdən ibarətdir: Babı Humayun, Divan meydanı, Alay meydanı, Avlu, Sofai Humayun və Harem. Vaxtilə sarayda 4000-ə yaxın insan yaşamışdır. Sarayın qapısından içəri daxil olanda bir anlıq keçmişi yaşamış kimi hiss edir insan. Sadəliyi, dəbdəbədən uzaqlığı ilə Avropa saraylarından fərqlənir. Sarayı gəzməklə bitirmək olmur və  ozün də hiss etmədən 3 saatın necə keçdiyini anlamırsan.

DSC01558

Saraya giriş biletlədir qiymeti 30tl, Harem isə 15tl, yəni adambaşı 45 tl.  Sarayın etrafında  tarixlə iç-içə   boğazın mənzərəsindən həzz alaraq dincəlməkçün restoran və kafelər var. Vaxtınız olsa mütləq bu çənzərədən məhrum etməyin özünüzü. Bizim seçimimiz “Konyalı” restoranı oldu (2nəfərlik yemək və çay 120tl). Yol alırıq Taksim meydanına.

Taksim meydanı: Müasir İstanbulun qelbi hesab olunan Taksim  meydanı turistlərin ən çox baş çəkdikləri yerlərdəndir. Meydandakı Cumhuriyyət heykəli 1928- ci ildə Türkiyə Cumhuriyyetinin yaranmasının 5-ci ildonumü şərəfinə ucaldılmışdı. Həmçinin 2013-cü ildə baş verən nümayişlərin şahididir.

DSC03081

Taksim meydanından  İstklal caddəsinə İstiqamət aldıq. 19-cu əsrdə salınan caddə dükanları, restoran kafe və barları, kino və qalireyaları ilə məhşurdur. Müasir İstanbul gənclərinin də görüş yeridir. Bir tərəfdə alış-veriş edən insanlar, digər tərəfdə mahnı oxuyub əylənən gənclər, başqa bir yerdə etiraz aksiyası keçirən qrup, gözünü dörd açmış, hər an müdaxiləyə hazır polislər. İnsan seli vardı rəsmən.

                                                                    Taksim tramvayı

Gəzə-gəzə Müqəddəs Antuan kilsəsinə gəlib çatdıq. Istanbulun ən böyük katolik kilsəsi olan Müqəddəs Antuan kilsəsi 1230–cu ildə tikilmis, dəfələrlə yanmasına baxmayaraq,    yenidən inşa edilmişdi. Kilsə Osmanlı imperiyasına xidmət edən, həmçinin ticarətlə məşğul olan tacirlər və ailələri üçün inşa edilmişdi. Qırmızı kərpiclə hörülmüş kilsə yeni il ərəfəsində çox gözəl bəzənmişdi.

DSC03097

Galata qülləsi: İstiqlal caddəsindən daş  döşəməli dar küçələrlə (bir az İcerişəhəri xatırladırdı)  Galata qülləsinə yol aldıq. Qüllə 528-ci ildə Bizans imperatoru tərəfindən inşa edilmisdir. 1204-cü ildə IV  Xaç yürüşü zamanı  çox böyük xəsarət alan qala  1348-ci ildə  Cenevizlilər tərəfindən İsa Qalası adıyla Galata surlarına əlavə olaraq  yenidən bərpa edilmişdir. Sultan IIl Murad dövründə isə burada bir rəsədxana qurulmuş, 1579-cu ildə isə bağlanmışdı. DSC03112

Galata kulesine  giriş biletlədir və qiyməti 6,5 tl. (turistlər ücün 13tl). Ən yüksək qatda restoran yerləşir. Gözəl bir şam  yeməyi yemək (əvvəlcədən  rezerv etmək lazımdır) və Istanbulun möhtəşəm mənzərəsindən həzz almaq olar. Qüllə hər gün 9.00-19.00 arasında xidmət göstərir. Restoran isə 20.00-00.30 arası müştərilərin üzünə açıqdır.

III gün

Ortaköy: İstiqamətimiz Ortaköy və əlbəttə ki alış-veriş. Tramvayla Kabataşa, ordan da avtobusla Ortaköyə gedirik. Ortakoy Besiktas qəsəbəsinə bağlı bir səmtdir. Səmtin tarixi Bizans imperiyasına qədər uzanır. Türklərin bura yerləsməsi Qanuni Sultan Süleymanın hakimiyyəti illərində olmuşdur. Ortaköy məscidi səmtin əsas simvoludur. Memarı isə ermənidir. Ortakoy meydanı isə dükanlari, kafeləri, bar və restoranları, həftə sonu açılan əl işi bazarlari ilə günün istənilən vaxti insanların gorüş yeridir. Bu kafelərdən birində oturub pişmaniyeli dondurma yedikdən sonra yol alırıq alış-veriş mərkəzinə.DSC03019

İstanbul AVM-lərin bol olduğu şəhərdir. Istanbula gəlib alış-veriş etmədən dönmək, bulağa gedib susuz qayıtmaq kimi bir şeydir. Qiymətlər Bakıdan 2 dəfə  ucuzdur. “Forum İstanbul” alış-veriş mərkəzi Kocatepe metro stansiyasına  çox yaxın yerləşir. Burda həmçinin akvarium da fəaliyyət göstərir. Bir daşla iki quş vurmuş olduq. Adambaşı 38 tl odəməklə akvariumu dolaşa, rəngarəng balıqları seyr etmiş olarsınız.

DSC03225

Və gəldik günün və səfərin sonuna. Doymadıq İstanbula. Kəşf  ediləcək o qədər yer qaldı ki…

Davamı var…