Kapadokya tarixi dəyərləri, peribacaları, sirli yeraltı şəhərləri, gözəl atları, ləziz yerli mətbəxi, maraqlı əyləncələri ilə Turkiyənin mütləq görülməli cənnət bölgələrindəndir. Kapadokya fars dilində “Katpatuk”, yəni “Gözəl atlar diyarı” deməkdir. 1985-ci ildə UNESCO-nun qoruma altına aldığı Kapadokya əsrlər əvvəl Erciyes, Hasandağ və Güllüdağın püskürdüyü lavaların zamanla külək və yağışın aşındırması nəticəsində ortaya çıxmış bir mənzərədir. Hitit, Frig, Fars, Roma, Bizans və Selçuk kimi  böyük  mədəniyyətləri özündə cəmləşdirən bu təbiət möcüzəsinin dünyada tayı bərabəri yoxdur. Qayalara oyulan  evlər və kilsələr bölgəni Roma İmperiyasının  təzyiqlərindən qaçan  xristiyanlar üçün  böyük bir sığınacağa çevirmişdi.

Kapadokyaya nə vaxt səyahət etməli?

Hər il 2 milyon turistin ziyarət  etdiyi Kapadokyaya səyahətin ən gözəl vaxtı aprel-may, oktyabr-noyabr aylarıdır. İqlimi turizm üçün çox da əlverişli olmadığına görə  (qışı çox soyuq, yayı isə cox isti) qış və yayda getmək çox da məsləhət görülmür. Ancaq, məsləhət görülməyən vaxtda qarlı Kapadokya görmək arzusuyla getdik biz bu bənzərsiz bölgəyə 🙂 Səfər planlaşdırarkən xəbərlərdə Kapadokyada havanın çox soyuq, qarlı olduğu, gələcək turistlərə ehtiyatlı olmaları haqda məsləhətlər verildiyini izlədik. Hətta çinli bir turistin hava şarından yıxılaraq həyatını itirdiyi, Kapadokyaya səfər edən turist avtobusunun qəzaya  uğradığı xəbərləri bizi bir az düşünməyə vadar etdi. Açığı, səfəri yaya təxirə salmağı da fikirləşdik. Amma, yenə də qərarımızdan dönmədik və 30 dekabr 2014-1 yanvar 2015 tarixlərinə planlaşdırdıq səfərimizi. Bu qısa vaxt Kapadokya ilə tanışlıq üçün yetərli idi. Ancaq kəşf etmək üçün isə 1 həftə belə bəs etmır.

Turk hava yolları ilə İstanbuldan səhər saatlarında Nevşehir hava limanına yola duşduk. Dekabr ayı olmağına baxmayaraq təyyarədə bir dənə də boş yer yox idi. Cəmi-cümü bir saatlıq (757km) yol, təyyarənin qalxması ilə enməsi bir oldu. Kapadokyaya Kayseridən də getmək mümkündür. Kayseridən Kapadokyaya 1, Nevşehirdən isə yarım saatlıq yoldur. Əgər bizim kimi qışda səyahət etsəniz, Kayseridə-Erciyes dağının qış turizm komplekslərindən də yararlana bilərsiz. Bir güllə iki dovşan məsələsi…DSC03264compressed

Təyyarəmiz Nevşehirə  enəndə qışdan yaza düşdük bir anlıq. Günəşli, sakit hava qarşıladı bizi, bütün narahatlıqlarımıza son qoydu, halbuki İstanbul cox soyuq, küləkli, qarlıydı. Otelimiz Nevşehir hava limaınından 35 km məsafədə olan Görəmədə yerləşirdi. Oteli hər zamankı kimi booking.com saytından seçdik. (Harman Cave Hotel, iki nəfərlik  otaq 148 tl) Kapadokya hər budcəyə uyğun otel, hostellərlə zəngindir. Kapadokya otellərinin ən ümdə özəlliyi dünyada nadir hesab olunan mağara otel (cave hotel) olmalarıdır. File_000 (1)

Otele çatanda artıq günorta idi. Yerləşdikdən sonra ilk işimiz turlar haqda məlumat almaq oldu. Tur şirkətlərini incələdikdən sonra vaxtımız az olduğuna görə 2 tur seçdik: Bölgə turu-Kırmızı tur (adambaşı 100 tl) və Balon turu (adambaşı 350 tl). Əgər sizin vaxtınız və imkanınız olsa, digər turlara, xüsusilə, Ihlara vadisinə, at, atv turlarına da qatılın. Əvvəldə qeyd etdiyim kimi, günün yarısı yolda keçdiyinə, həmin günü sərbəst şəkildə Görəmə ilə tanşlığa cıxdıq. Dulusçuluq sexlərinə (Çömlek atölyelərinə), suvenir dukanlarına, Gül vadisinə, at çiftliklərinə baş çəkdik. Kapadokya atları bölgədə çox  məşhurdur. DSC03290compressed

Kapadokya yeməkləri

Yavaş-yavaş axşam düşür və biz şam yeməyi üçün restorana üz tuturuq. “Sədəf” restoranında ayaq saxlayıb Kapadokyanın yerli mətbəxinin dadına baxırıq. Kapadokyanın məşhur yeməyi Testi kababı. Bu yeməyi yemədən Kapadokyadan geri dönmək olmaz. Saxsı qablarda, ağzı bağlı, uzun müddət bişir testi kebabı. Digər məşhur yeməkləri isə yenə saxsı qablarda çoban qovurma, çömlek fasulyesi, məzələr, restorana məxsus isti təndir çörəyi, bölgəyə məxsus pendir çeşidləri, bir sözlə, mədənizin bayram edəcəyi mətbəxə sahibdir Kapadokya. Qiymətlər isə cox da baha deyil (2 nəfərlik yemək, çay 90 tl). DSC03335compressedcompressed

Restorandan razı otelə dönürdük ki, bir anda xəbərlə bütün kefimiz pozuldu. Səhərə  planlaşdırdığımız balon turu hava şəraitinə görə təxirə salınmışdı, türklər demişkən, həvəsimiz qursağımızda qaldı. 🙁 Məhz bu tura qatılmaq üçün Kapadokyaya yenidən səyahət etmək lazımdır. Çünki dünyada heç bir yerdə bu mənzərəni görmək mümkün deyil. Balon turundan əli üzülən biz təsəlli üçün yeni il gecəsinə qatılmağa qərar verdik. Restoranlar dolmuşdu. Sadəcə Sədəf restoranında (adambaşına 125 tl) yer tapa bildik.

Qırmızı turun ilk istiqaməti – Uçhisar qalası (Uçhisar kalesi) 

Turumuz səhər saat 9.30-da başladı. Tur Şirkətinin təsis etdiyi mikroavtobusla  Uçhisar qalasına yollandıq. Kapadokyanın ən yüksək nöqtəsi  olan qaladan  bütün Kapadokya mənzərəsini seyr edərkən bir anlıq: “Ən gözəl rəssam Allahdır!-deyiminin məhz Kapadokya üçün deyildiyini fikirləşirsən. Qala qədim dövrlərdə xristiyanların sığınacaq və gizlənmə yeri olmuşdu. Qalanın içində tunellər, kilsələr və  təpəsində 3 ədəd məzar yerləşir. Qalanı gəzib, günəşli Kapadokyanın havasını ciyərlərimizə çəkdikdən sonra Görəmə açıq hava muzeyinə  yollandıq.File_000

Görəmə açıq hava muzeyi

Muzey Nevşehirə 13km, Görəmə qəsəbəsinə isə 2km məsafədə yerləşir. Bu bölgə Xristianlıq tarixinə yeniliklər gətirən Kayseri Yepiskopu  Müqəddəs Basil tərəfindən  4-cü əsrdə bir dini təhsil və düşüncə mərkəzi olaraq yaradılmışdı. File_000 (1)Sonralar Soğanlı, Ihlara, Açıksarayda  eyni təhsil sisteminə rast gəlinmişdir. Görəmə Açıq  Hava Muzeyi qayaların içinə oyulmuş  qızlar və oğlanlar monastırı, Müqəddəs  Basil Kilsəsi, Almalı Kilsə, Müqəddəs Barbara Kilsəsi, İlanlı Kilsə, Qaranlıq kilsə, Çarıxlı Kilsə və Tokalı Kilsələrdən, yeməkxanalar, mətbəxlər və digər yaşayış yerlərindən ibarətdir. Kilsənin divarlarına çəkilmiş şəkillərdə İncildən və Hz. İsanın həyatından götürülmüş səhnələr canlandırılmışdır.  Muzeyə giriş biletlədir və qiyməti 20 tl-dir. Biz turla getdiyimizə görə ödəniş etmədik. Rəhbərimizdən muzey haqqında ətraflı məlumat aldıqdan, şəkillərimizi çəkdikdən sonra Çavuşin qədim yaşayış məskəninə yollandıq.

DSC03392compressed

Çavuşin –qədim yaşayış məskəni

Qədim Yunan yaşayış məskəni olan  Çavuşin Görəmədən 4km uzaqlıqda yerləşir, qayalıqlar uçduğuna görə qismən tərk edilmiş vəziyyətdədir. Bölgədə yerləşən Çavuşin kilsəsi Kapadokyanın ən qədim kilsələrindəndir. Kilsə Avanos-Görəmə yolu üzərindədir və Görəməyə 2km uzaqlıqdadır. Kilsənin divarlarına Xristianlıq  tarixində  önəmli hadisələrin və  şəxslərin  şəkilləri əks etdirilmişdir.DSC03402compressedcompressedFotoaparatların və telefonların işıqları şəkillərə zərər verdiyi üçün bölgədəki bütün kilsələrdə olduğu kimi  burada da şəkil çəkərkən  flaşdən istifadə etmək qadağandır. Kilsəyə Giriş ödənişlidir (8TL), tur sayəsində biz heç bir ödəniş etmədik.  Güllü Dərə mənzərəsinə də  bu qəsəbədən möhtəşəm  bir seyr nöqtəsi  vardır.DSC03339compressed

Paşabağı

Yol alırıq Paşabağına. Göbələk formasındakı  Peribacalarının yerləşdiyi  Paşabağ Vadisi eyni zamanda Peribacası yaranışının  ən yaxşı müşahidə edildiyi  yerlərdən biridir.DSC03376compressed

Paşabağ həmçinin Rahiblər Vadisi olaraq da bilinir. Paşabağ Vadisində  müəyyən vaxtlarda axşamları rəngli işıqlarla şoular təşkil olunur. Vaxt kasadlığı bu şansı da qaçırmağımıza səbəb oldu. Gələn dəfə Kapadokya səfərinə ən az 1 həftə ayırmaq mütləq oldu.

Kapadokya bölgəsində yol üzərində  harda  park etmiş avtobuslar görsəniz  orada mutləq  maraqlı şeylər  var. Paşabağ Vadisi də belə yerlərdəndir. Yerli sakinlərin əl işləri, peri bacaları formalı suvenirlər, bölgəyə məxsus hədiyyəlik əşyalar, gözmuncuqlarını endirim istəməklə almaq mümkündürDSC03356compressed

Günü yarı etdik. Əlbəttə ki, nahar fasiləsi vaxtı gəldi çatdı. Bölgədə məşhur olan “Xan” (Han) restoranında 1saatlıq yemək fasiləsinə cıxdıq. Turk mətbəxinin 1001 çeşiddə yeməkləri və şirniyyatları ilə bəzdilmiş masalar ac turistlərə gəl-gəl deyirdi. Ancaq içkilər pullu idi. (1 stəkan çay 6 tl). Fasilə bittikdən sonra topladığımız enerjini sərf etməkçün yola davam. Və istiqamətimiz  Güray Seramika Muzeyinə oldu.

Kapadokya Güray Seramika Muzeyi

Bu muzeydə qırmızı palçıqdan saxsı qabların hazırlanması, onların bölgənin tarixini, adət-ənənəsini özündə əks etdirən incə, zövqlü  naxışlarla bəzədilməsi proseslərini izlədikdən sonra növbə gəldi alış-verişə.

Arzu edənlər həmin sexlərdən istədikləri hədiyyəlik qabları, suvenirləri aldılar, etməyənlərə isə bacarıqlı türk satıcı kardeşlərimiz tərifləyə-tərifləyə satdılar. 🙂 Ancaq, biz əvvəlki gün başqa sexlərə baş çəkib, qiymətləri yoxlayıb, suvenirlərimizi almışdıq. Sizə də məsləhətimiz qiymətləri öyrənmədən alış-veriş etməyin. Kiçik hədiyyə dükanlarında və ya sexlərdə həmin suvenirləri 2-3 dəfə ucuz almaq mümkündür.DSC03411compressedcompressedDSC03413compressedcompressed

Ürgüp ekiz peribacaları

Ürgüp Kapadokyanın ən sıx və izdihamlı yerlərindəndir. Konus  şeklinde gövdesi, təpələrində isə  böyük  şapkası olan peribacalarına, adətən, Ürgüp və etrafında rast gəlinir. Ürgüpün iqlimi üzümçülüyün inkişafı üçün əlverişlidir. Bölgə, deyilənə görə, çox dadlı  (biz dadmadıq) şərabları ilə də məşhurdur. Ürgüpdə irili-xırdalı bir çox  şərabçılıq sexi və bir neçə fabrik var.  İstənilən təsisdə şərabların dadına baxaraq  peribacaları şüşəsində   şərab alış-verişi edə  bilərsiniz. Şərab sevən turist yoldaşlarımız alış-verişini bitirdikdən sonra Dervent vadisinə istiqamət aldıq.

Dərvənt Vadisi

Avanosda yerləşən Dərvənt vadisinin (digər adı ilə Hayal vadisi) yerində əsrlər əvvəl dəniz varmış. Bölgədəki yanar dağların fəaliyyətə keçməsi ilə əlaqədar ərzaidəki temperaturun həddindən artıq yüksəlməsi dənizin qurumasına səbəb olmuşdur. İllər ərzində axar sular lavaların soyuması nəticəsində ortaya çıxan qayaıqları aşındıraraq vadilər əmələ gətirmişdir. Dərvənt vadisi bu bölgədə ən fərqli şəkilli qayalıqlara sahibdir. Burada hər cür canlıya, dəvəyə, meymun başına, insana bənzədiləcək qayalara rast gəlinir. Hər şey sizin xəyal gücünüzdən asılıdır bir az da. Elə buna görə də bölgənin digər adı Xəyal vadisidir.

Xalça atelyesi  

Kapadokya həm də gözəl xalçaları ilə məşhurdur. Atelyedə  ipek sapların emalından xalçanın toxunmasına kimi bütün mərhələlər -barama qurdunun saxlanması, ipək sapların yaranması, əyrilməsi, boyanması, naxışların sıxlığı haqda əyani şəkildə ətraflı məlumat verildi.

Məlumatdan sonra sıra gəldi satışa. Əl əməyi, göz nuru bu sənət əsərlərinin qiyməti isə heç də ucuz deyil. Xüsusilə, rus turistləri hədəf alan satıcılar nə qədər çalışsalar da, bir dənə də olsun xalça sata bilmədilər. Hətta öz aralarında: “bunlar alana oxşamırlar”-dediklərini də eşitdim 🙂

Xalça atelyesi son istiqamət idi və turumuz başa çatdı və otelimizə döndük. Məlumatlarla, təəssüratlarla zəngin və çox maraqlı bir tur oldu. Bələdçimiz isə sözün əsl mənasında məlumat dolu və əyləncəli bir rəhbər idi. Axşama bizi yeni il şənliyi gözləyirdi. Vaxtımız az, yorğun olmağımıza baxmayaraq, yeni ili oteldə qarşılamaq istəmədik və “Sədəf” restoranında təşkil olunmuş əyləncə gecəsinə qatıldıq. DSC03448compressed

Gecə yarısına qədər əyləndikdən sonra gəldik günün və Kapadokya səfərimizin sonuna. Səhər isə bizi Ankaraya 5 saatlıq yol gözləyirdi…