Monteneqronun Mayamisi və ya Miniatür Dubrovnik. Budvanın ləqəblərindəndir. Birinci ləqəbini  bu kiçik şəhər əyləncə mərkəzlərinin çoxluğuna, qaynayan gecə həyatına, luks otellerinə, klublarına, kazinolarına, ikincisini isə   bu günə qədər çox yaxşı qorunmuş tarixi abidələrinin, təbii gözəlliklərinin hər addımda Dubrovniki xatırlatmasına görə qazanıb. Budva keçmiş Yuqoslaviyanın, indi isə Balkanların ən məşhur turzim və əyləncə mərkəzi hesab olunur. 2500 illik tarixi olan Budva əsrlər boyu yunan, bizans, venesiya və az müddətdə də türklərin hakimiyyəti altında olmuşdur. Şəhərin arxitekturasında bu dövlətlərə məxsus izlərə hər addım başı rast gəlinir.

Budvaya səyahətin ən gözəl vaxtı, əlbəttə ki, yay aylarıdır. Yayda şəhər, həqiqətən də, bir başqa olur. Bu başqalığa Budvada keçirilən festivallar bir başqa başqalıq qatır: mayda Budva karnavalı, İyunda Budva musiqi festivalı, İyul və avqustda Budva Teatr festivalları.

Bəs Azərbaycandan Budvaya necə gəlmək olar. Azərbaycandan Budvaya gəlmək istəyənlər bir balaca əziyyətə qatlaşmış olacaqlar.  Bakı və ya Qəbələdən İstanbula, oradan Monteneqronun paytaxtı Podgoricaya (keçmiş adı Titograd) təyyarəylə gəlmək mümkündür. Hava limanından isə orada müştəri gözləyən  taksilərlə avtovağzala 12 avroya (şəhərdən taksi çağırsanız 5-6 avro) gələ bilərsiniz. Podqorica avtovağzalından isə taksi (təxmini 80 km, 25-30 avro) və ya avtobusla (6-7 avro)  Budvaya gəlmək mümkündür. Seçəcəyiniz nəqliyyat vasitəsinin (taksi və ya avtobus) sürətindən asılı olaraq 1 və ya 2 saat vaxt alacaq Budvaya səfər etmək. Budvanın daxilində isə metro olmadığına və avtobuslar isə çox sıx işləmədiyinə görə taksi ən uyğun nəqliyyatdır. Şəhər kiçik olduğundan taksi də çox yazmır. Yəni ürəklə taksidən istifadə edə bilərsiniz. Kotor yazımızda qeyd etdiyimiz kimi, biz Budvaya Kotordan maşınla səyahət etdik. Kotora gəlib ordan Budvaya keçməmək bağışlanmaz olardı. Kotordan 23 km məsafədə yerləşən Budva yay aylarında həddən artıq turist qəbul edir. booking.com saytından günü 60 avroya HDM apartments – dən şəhərin mərkəzinə yaxın  ev kirayələdik. Evə yerləşdikdən, bir az da yorğunluğumuzu aldıqdan  sonra Budvayla tanışlığa başladıq.

STARİ GRAD– QƏDİM ŞƏHƏR

Budvanın urəyi – Qədim şəhər hesab olunur (yerli dildə Stari Grad). Orta əsrlərdən qalan memarlıq abidələri, dar küçələri, kilsələri, muzeyləri, limanı ilə bu balaca şəhər bu qədər dəyəri özündə cəmləşdirib. Stari Grad-da irili-xırdalı bir çox kilsə yerləşir: Church of John the Baptist, Church of St Mary of Punta, Church of St Sobe the Sonctified, Church of Holy Trinity görülməli kiçik kilsələrdir. Həmçinin Budva muzeyi və Budva Arxeoloji muzeyi də diqqətinizi çəksə baş çəkin. Biz muzeylərə getmədik. Yayda hər kəsin sahildə dincəldiyi, gecə klublarına axışdığı, gəzib dolaşdığı bir vaxta muzeylərə getmək bir az sıxıcı gəldi bizə. “Muzeylər gələn dəfəyə qalsın” deyib digər əyləncələrə verdik özümüzü. Həmçinin Dancing Girl Statue, Mogren Fortress Ruins, Open Art Studio, The Citadel də vaxtınız olsa Budvada görüləsi yerlər sırasındadır.

Stari Grad tarixi abidələrlə yanaşı restoranlar, əyləncə mərkəzləri və alış –verişin ən əsas mərkəzidir. Hədiyyəlik suvenir dükanlarına da tez-tez rastlanır. Kiçik suvenirlər 6-8 avro, maqnitlər isə 2 avrodur. Alış-veriş etmədən əvvəl qiymətləri öyrənməyiniz məsləhətdir.DSC01187compressed

BUDVA MARİNA

Budva Limanında nəhəng cruise gəmiləri, bir-birilə yarışan lüks yaxtalarla yanaşı kiçik balıqçı qayıqları da yer alır. Budva limanında sahil boyu sıralanmış restoranların təmsilçiləri (adətən gözəl qızlardan ibarət olur bu təmsilçilər) həvəslə menyu ilə sizi tanış edir hər vəchlə müştəri çəkməyə çalışırlar. Əgər romantik səyahətçi isəniz yaxtalarda gözəl bir şam yeməyi də təşkil edilir. Bununçün yaxtanı kirayə götürməlisiniz. Sahil restoranlarının birində əyləşib balıq sifariş etdik. İki nəfər üçün (balıq, salat, meyvə şirəsi) 45 avro ödədik. Niyəsə bu cür restoranlarda hər zaman məbləğ 40-50 avro arası tutur. Növbəti günlərdə bir restoranda pizza sifarish edib, ofisianta 3 dəfə xatırlatdıqdan 45dəqiqə sonra yeyə bildik yeməyimizi. (Monteneqroluların tənbəlliyi haqda əvvəlki yazıda məlumat vermişdik.)

DSC01217compressed

BUDVA SAHİLLƏRİ

Yay tətili üçün İtaliya, İspaniya, Yunanıstan kimi məşhur turist ölkələrini seçmək və bir ton xərc çəkməkdənsə daha ucuz və yeni-yeni kəşf edilən yerlərə səyahət etmək daha sərfəlidir. Monteneqro, xüsusilə də, Budva bu yöndə seçilə bilinəcək istiqamətlərdəndir.DSC01340compressedBudvanın 12,5 km sahil boyu və bu sahildə olan 18 çimərliyi var. Ən məşhurları Becici, Kamenovo ve Kraljinicadır.  Çimərlik nöqteyi nəzərdən heç korluq çəkməzsiniz. Jaz-ı bəyənmədiniz Morgene gedin, onu da bəyənmədinizsə Kamenovo və ya başqasına keçin. Budva çimərliyi bol olmağına baxmayaraq çox da inkişaf etmiş vəziyyətdə deyil. Dəniz suyu tərtəmiz olsa da, qum çox da urəkaçan deyil (çınqıllıq üstünlük təşkil edir) Çimərliyə giriş pulsuz olsa da, şezlonq və çətir üçün 9avro ödədik (2nəfər). Çimərlik turistlə dolub daşırdı, xüsusilə rus turistlərlə. Daş atırdın rusa dəyirdi. Ümumiyyətlə, şəhərdə reklamlar, afişalar (xüsusilə, ev satışı reklamları) rus dilindədir. Turistlərin əksəriyyəti buraya cruise-lə gəlirlər. Bunu limanda olan cruise gəmilərindən də görmək olur. İldə 600000 –dən çox turist bu şəhəri ziyarət edir.

BUDVA GECƏLƏRİ

Budva gecələri çox canlı, çox hərəkətli olur. Bir-biri ilə musiqinin səsinə görə yarışa duran Gecə klubları gəncləri klublara çəkmək üçün gözəl qızlardan yararlanırlar. Klubların  girişində sizi qarşılayan qızlar rəqsləri, gülüşləri, xüsusi ədaları, geyimləri, bir sözlə, bütün cazibələriylə turist ovlamağa çalışırlar. Bir də Budvada gecə klublarının açılmasına az qalmış klubların xüsusi avtobusları yüksək səsli musiqi sədaları altında şəhəri dolaşır, kluba getmək istəyən gəncləri toplayır. Budvanın məşhur gecə klublarından, qala divarlarının arxasında sıralanan, Caffe Jef, Caffe Greco, Renaissance, Trocadero, Miracle Lounge, Rafaello və s. əyləncə məkanlarında gecə yarısına qədər əylənə bilərsiniz.DSC01348compressedŞəhərin başqa bir tərəfində, klublardan kənarda isə daha fərqli  gecə həyatı hökm sürür: canlı heykəllər, rəssamlıq qabiliyyətini nümayiş edən rəssamlar, canlı ifalar şəhərin ruhuna ruh qatır. Qala divarları ətrafında bütün restoranlar qaranlıq düşən kimi hər masada şam yandırırlar. Bu isə mənzərəni daha da gözəl edir.DSC01304compressed

Sonuncu gün Budvanın ən məşhur adası – Sveti Stefan adasına baş çəkdik.

SVETİ-STEFAN – MÜQƏDDƏS STEFAN ADASI

Ada Budvanın cənubunda,  8 km uzaqlıqda  yerləşir. Keçmişdə balıqçı qəsəbəsi olmuş, sadəcə 1960-cı ildən isə Old Town-a çevrilmişdir. Adaya quru yolu olduğundan avtobusla getmək olur. Bircə avroya avtobusla getdik biz. İstəsəniz  taksi ilə də gedə bilərsiniz. (6avro) Ada  xalqa açıq deyil. (Bu təcrübəni Burj Al Arabda da yaşamışdıq.) Əgər otelin müştərisi deyilsinizsə, adaya girə bilməzsiniz. Adada lüks  otel fəaliyyət göstərir və dünyanın bir çox məşhurları bu oteldə qonaqlamışlar. Sophia Loren, Merilyn Monro, Liz Teylor və s. Sadəcə yemək yemək istəyənlər əvvəlcədən otelin restoranlarında reserv etməlidirlər. Qiymətlər yüksəkdir. Əgər istəsəniz buradan otel və xidmətləri haqda məlumat ala bilərsiniz. DSC01331compressedBir çox turist kimi Biz də otelin girişində şəkil çəkdirdikdən sonra adanın ətrafını gəzməyə başladıq. Dəniz, sahil, yaşıllıq. Üçünün birləşməsi cox gözəl  rəsmlik mənzərələr ortaya çıxarırdı. Hava buludlu olduğuna görə isə çimərliklər tənhaydı.DSC01334compressed

Müqəddəs Stefan adasına  və Budvaya “xudahafiz” deməyin vaxtı idi artıq. Geriyə dönüş yolunda Balkan yarımadasının ən böyük gölü, həmçinin Montenegronun milli parkı Skadar gölündə ayaq saxlayıb, göl kənarında qəlyanaltı edib yolumuza davam etdik.

SKADARSKO JEZERO – SKADAR GÖLÜ

Montenegronun gizli xəzinəsi deyirlər Skadar gölünə. Həqiqətən də, bir xəzinə qədər zəngin göldür. Təkrarsız təbəti  hər cür açıq hava  idman növlərini, macəranı sevənlər üçün əsl cənnətdir. 1/3 hissəsi Albaniya və 2/3 hissəsi isə Montenegro ərazisinə düşən göl Boyana çayı vasitəsilə Adriatik dənizi, Drina çayı vasitəsilə isə Ohrid göl ilə bağlanır. Gölün ətrafında restoranlarda əyləşib mənzərəni seyr edə-edə qəlyanaltı edib, bölgənin təbii qidalarının dadına baxdıqdan (2 nəfərlik səhər yeməyi 22 avro) sonra “yolçu yolda gərək” deyib yolumuza davam etdik. DSC01366compressed