Səyahət planlaşdırmaq günü-gündən asanlaşır. İnternet, sosial şəbəkələr, müxtəlif saytlar sayəsində bir gündə də yola düşmək mümkündür. Yola çıxmamışdan qabaq istifadə etdiyimiz saytları sizinlə bölüşürük.

1. Accuweather.com

Screenshot (3)Əlbəttə ki, yola çıxmamışdan əvvəl “hava necə olacaq” sualı gəlir ağlımıza. Heç kim getdiyi ölkədə vaxtını pis hava şəraitinə görə otel divarlarına baxaraq keçirmək istəməz. Ona görə də ilk iş havanı bilmək və ona uyğun səyahəti planlaşdırmaqdır. Çox vaxt Accuweather.com saytının proqnozlarına güvənərək yola çıxırıq.

2. Skyscanner.net

Screenshot (4)Dünyada ən çox bilet axtarışı olan bu sayt vasitəsilə büdcənizə uyğun təyyarə bileti tapa bilərsiniz.  Demək olar ki, bütün səfərlərimizdə bu sayta müraciət edirik. Bilet qiymətləri dəyişkən olduğundan gün ərzində vaxt tapıb sayta nəzər yetirin. Əgər vaxtınız yoxdursa, “Qiymət siqnalı” (Price alert ) funksiyasını aktiv edin, o sizin yerinizə büdcənizə uyğun qiymətəri tapıb çıxaracaq. Gedəcəyiniz yerə təyyarə biletini axtarış verdikdən sonra axtarış nəticələrinin sol tərəfində “Qiymətlərdən xəbərdar ol” linkine klikləyin. Bilet qiymətlərində dəyişikik olarsa, sayt sizi email yollamaqla xəbərdar edəcək.

3. Booking.com 

13692203_10210037571604973_1914550419_oOtel seçərkən ən çox müraciət etdiyimiz saytdır. Sayta abunə olmaqla endirimlərdən yararlana bilərsiniz. Bir də Roomkita.com saytı var ki, booking.com, hotels.com, expedia.com, hrs.com, easytobook.com, getaroom.com kimi otel rezerv saytlarını bir yerdə cəmləyir və otel seçimini asanlaşdırır. Airbnb.com, kayak.com kimi saytlar isə hər büdcəyə uyğun kirayə evləri səyahətsevərlərə təqdim edir.

4. Rome2rio.com 

13711552_10210037571444969_1960835894_oBu sayt hər addımda köməyimizə çatır. İstiqamətinizin başlanğıc və son nöqtələrini qeyd edib haraya necə, hansı nəqliyyat  vasitəsilə və neçəyə gedə biləcəyiniz haqda məlumatları qarşınıza çıxarır. Bununla da, sərfəli nəqliyyat vasitəsini seçərək səyahətinizi planlaşdıra bilərsiniz.

5. Viamichelin.com 

Screenshot (5)Viamichelin.com saytı,  bizim kimi, əsasən,  maşınla səyahət edənlər üçün çox əlverişli saytdır. Sayt səyahət planlaşdırarkən seçdiyiniz yollarda (qısa, uzun, daha maraqlı kəşf ediləcək yeni yerləri görməklə) səfər ərzində sizə bələdçilik edir.

6.Eventful.com

Screenshot (5)Eventful.com saytı vasitəsilə səfər edəcəyiniz şəhərdəki festivallar, konsert və başqa tədbirlər haqda məlumat əldə edə bilərsiniz. Bunun üçün saytda qeydiyyatdan  keçərək maraq dairənizə uyğun sahəni seçdikdən sonra emailinizə müntəzəm olaraq məlumat axışını təmin edə bilərsiniz. Məsələn: Lyublyanadasınız və Maribordakı konsertdən xəbəriniz yoxdur. Eventful sayəsində bunu  öyrənmək asandır.

7.City-discovery.com 

13720419_10210037570724951_2089237611_oBu sayt vasitəsilə səyahət etdiyiniz şəhərlərdə müxtəlif turlar (məs:hop on hop off bus tour)  haqda məlumat  alıb əvvəlcədən bilet rezerv edə bilərsiniz. Gedəcəyiniz şəhərdə turist informasiya mərkəzlərini axtarmamaqla yanaşı, vaxt itirmədən daha ucuz biletlər əldə etməklə səyahətinizi daha da əyləncəli edə bilərsiniz. Təəssüf ki, biz bu saytı bir az gec kəşf etdik. Ancaq gələcək səfrlərdə mütləq istifadə edəcəyik.

8.Getyourguide.com

13728500_10210037570124936_596724014_oBu sayt vasitəsilə turistik şəhərlərdə baş çəkəcəyiniz muzeylərin önündə saatlarla bilet növbəsində vaxt itirməyəcəksiniz. 1940 istiqamətdə 20000-dən çox tur və digər fəaliyyətlərə aid biletləri bu saytdan əldə etmək mümkündür.

9.Eatwith.com 

13694255_10210037571844979_1867729842_oBu saytı yeni kəşf etdik və çox maraqlı gəldi. Gələcək səfərlərdə sınamaq fikrimiz var. Sayt səyahət edəcəyiniz şəhərdə turistlərlə ev sahiblərini eyni süfrə arxasında birləşdirir. Deməli, gedirsiniz bir şəhərə, həmin ölkədə bir ailəyə qonaq olursunuz, kiçik bir məbləğ qarşılığında milli mətbəxindən dadırsınız, insanları ilə yaxindan tanış olursunuz, o ölkə haqqında daha da geniş məlumata sahib olursunuz.

10. Google drive

13692246_10210037570364942_101708547_oBu sayt səyahət vaxtı sənədlərinizin nüsxələrini saxlamağa imkan yaradır. 15 GB yaddaşla bütün sənəd, şəkil, video və s. saxlamaq üçün çox gözəl depodur deyə bilərik. Əgər yaddaş kifayət deyilsə, müəyyən məbləğ qarşılığında yaddaşı artıra bilərsiniz. Sənədlərinizi, çantanızı itirsəniz, imdadınıza google drive çatır. Bundan başqa dropbox, skydrive, yandex kimi saytlardan da depo kimi istifadə edə bilərsiniz.