Zlatibor Serbiyanın cənub şərqində yerləşən istirahət və turizm mərkəzidir. Zlato – qızıl, bor isə şam ağacı deməkdir. Yəni qızıl şamlıq. Adını hər addımda doğruldan bir məkandır. Hər tərəf şam ağaclarıyla bəzənmiş, havadan şam qoxusu gəlir. Dərindən bir nəfəs alıb ciyərlərinə çəkməyi gəlir adamın. Belgraddan 200 km məsafədə yerləşən Zaltibor dağ, meşə, çay, göl, şəlalə sevənlərin sevimli məkanıdır. Təbiətlə iç-içə, hər cür əyləncənin olduğu, yay tətilini keçirməkçün ideal bir məkandır. Qəsəbənin mərkəzində yerləşən Zlatibor gölü ətrafında cəmləşib bütün kafe, restoran, suvenir dükanları, küçə musiqiçiləri. Göldə su velosu ilə dolaşmaq mümkündür. 15 dəqiqəsi 250 dinar, 3,65azn.

File_000 (13)Zlatibor gölündən daha böyük, Ribnica gölü isə daha çox turistlərdən uzaq, sakit balığını tutub, xəyallara dalmaq istəyənlərin  üstünlük verdiyi yerdir. Göldə, çayda çimmək istəməyənlər üçün isə  mərkəzə 200 m məsafədə hovuz var. Günün qızmar vaxtı hamı orada  cəmləşir. Atlar, ponilərlə gəzinti sevənlər də yaddan çıxmayıb ərazidə. 15, 30 dəqiqəlik atla turlar təşkil olunur.

Təbii Zlatibor məhsulları

Zlatibor həm də təbii məhsulları ilə bura gədən turistlərin mədələrini sevidirir. Ətraf  kəndlərdən gətiriələn təbii məhsullar, meyvə və giləmeyvələr, dağ çiyələyi, qurudulmuş otlar, rakija (spirtli serb içkisi, bizim araq) toxunma əl işləri, saxsı qablar  bazarlıq etmək istəyənləri əli boş qayıtmırlar. Bir də, Zlatiborun balı çox məşhurdur. Təbii ki, bu cür yaşıllığın içində bal olmasa təəccüblənərdik. Şanından təzəcə süzülmüş, qoxusu adamı bihuş edən, min dərdin dərmanı bal Zlatiborun ən ləzzətli məhsullarındandır.

Zlatiborda harada qalmaq olar

Zlatibor otelləri turistləri qəbul etməkçün yan-yana sıralanıb. 6500 turisti eyni vaxta qonaqlayacaq otel var burada. Ancaq, qiymətlər bir az bahadır. Yay və qarli aylarda otellər dolub daşır.  Daha ucuz mənzillər kirayələmək mümkündür. Əvvəlcədən ev kirayə etməyənlər də heç dərd etməyə bilər. Elə qəsəbədə dolaşırkən əllərində “Apartmani” yazılı afişalar olan  adamlarla qarşılaşılır. Qiymətlərdə endirim də olunur.

Zlatiborda nə yeyilir, nə içilir

Səhər yeməyi, göl kənarındakı restoranlarda oturub, serb qaymağının (kaymak), zlatibor balının, keçi pendirinin mütləq dadına baxmaq lazımdır. Günorta və axşam isə quzu kababı, çevapici (bizim lülə kababı), qulaş (dana ətindən az sulu yemək, bizim bozartmaya bənzəyir), şopska, srpska salata (bizim çoban salatı) yeməklər bizim ağız dadımıza uyğundur. Qiymətlər isə 2nəfərlik yemək ( 1çevapici, 1qulaş, 2qaymaqlı çörək 1salat, 1su, 1fanta, 1ayran) 2600 dinar, yəni 38azn (2016). İçki sevənlər üçün pivə və ya rakiya məsləhət görülür. Bir də palaçinka (blin) çox məşhurdur buralarda. Bir palaçinkaya gah pendir, gah bal, gah şokolad, gah dondurma əlavə edib satırlar. Hər addimbaşı palaçinkaçilara rast gəlinir. Bir də paxlavaları var ki, heç məsləhət deyil. Özləri də boyunlarına alırlar ki, türk paxlavası daha dadlıdır.

2013-09-15 10.50.10

Zlatiborda əyləncə

Zlatibor təkcə mərkəzdəki əyləncələrlə kifayətlənmir. Ətraf yerlərə Tornik zirvəsinə, Stopica mağarasına, Sirogojno kəndinə, Gostilje şəlaləsinə, Mokra Goraya, Tara kanyonuna turlar satılır. Turlara qatılmaqçün səhər yaxınlaşmaq lazımdır satıcılara. Əvvəlcədən müəyyən sayda adam yığılır sonra yola düşülür. Yoxsa bizim kimi adambaşı 50€ istəyəcəklər. Biz maşınla olduğumuza görə tur satıcısının verdiyi ətrafli məlumat və xəritəmizlə özümüz hər yeri kəşf etdik. Amma onu da qeyd edim ki, yollar çox dolanbac, dar kənd yollarıdır. Tura qatılmaq daha rahat olar.

Tornik zirvəsi

 Zlatiborun mərkəzindən 9 km  məsafədə “Tornik ski center” yerləşir. Bu mərkəz qışda dağ xizəkçilik mərkəzi olaraq, yayda isə adrenalin dolu hər idman növü ilə turistlərə xidmət verir. 1496-m  hündürlüyə malik olan Tornik zirvəsindən açılan mənzərini isə sözlə təsvir etmək olmur. Velo, skooter, atv, kanatla gəzinti, zipline, tubing hər cür əyləncə var burada. Kanatla zirvəyə qalxdıqdan sonra isə üzüaşağı özünü buraxmağı gəlir adamin. 🙂

2013-09-15 12.59.10

Stopica pecina

Stopica mağarası – yerli dildə Stopica pecina.  Mağaraya gəlməmişdən əvvəl rəhbərdən məlumat almaq istədik. Rəhbərimiz istidənmi, yoxsa bilmirəm nədəndi, qısa olsun deyə soruşdu. Pamukkaleni bilirsiz? Biz də bəli dedik. Bax bizim bu mağara da ona bənzəyir sadəcə bir az sari forması 🙂  Belqraddan 230 km məsafədə, Zlatibor mərkəzindən 19 km məsafədə, Zlatibor dağının şimal şərqində,Rozantvo və Trnava kəndlərinin arasında yerləşir. 7911,5 m^2 ərazini əhatə edir  və 120000 m^3 həcmə malikdir. Mağaranın çox görkəmli girişi var.(Eni 35m, hündürlüyü isə 18m.)File_000 (47)

Mağara 5 hissədən ibarətdir: Light hall (işıqlı hissə), Dark hall (qaranlıq hissə), Big hall (böyük hissə), Canal (kanal) və River canal ( çay kanalı). Bayırda 36 dərəcə temperatur olmağına baxmayaraq, mağara həddən artıq soyuqdu. Bir də bəzən daşlardan süzülən damcılara rast gələndə onsuz  da uşuyən cana bir titrəmə gəlir. Mağaranın işıqlandırılması isə möhtəşəmdir.

Mağaraya giriş biletlədir və qiyməti 250 dinar, yəni 3,65 azn.

File_000 (56)

Sirogojna selo

Bir anlıq hansısa filmin çəkiliş yerində hiss edir insan özünü Sirogojno kəndində. Sirogojno sözünün mənası bu günə qədər qeyri müəyyən olaraq qalır. Belə hesab olunur ki, Sirogojno sözü armud növü olan “sirenjak” dan götürülüb və ilk dəfə 1476-cı ildə türklər siyahıya alma keçirərkən bu kəndin Brvenik vilayətinin tərkibində olduğunu o dövrün dəftərlərində qeyd ediblər. Kəndin girişində yolun sağında Müqəddəs Paul və Peterə həsr olunmuş kilsə yerləşir.File_000 (73)

Ümumilikdə, 55 kotecdən ibarət olan Sirogojno-da yaşayış evləri ilə yanaşı, məktəb, aptek, emalatxana, dukan, meyvə və tərəvəz anbarları, tövlə, tütün qurutma yerləri, hətta pivəxana da var. Əylənməyə də vaxt tapıblar qədim kişilər. 😀 Muzeyin içində cottage, restoran da var. İstəyənlər burada gecələyə bilərlər.İlin müxtəlif vaxtlarında bu muzeydə açıq hava konsertləri, rəsm, incəsənət sərgiləri keçirilir.

Muzeyə giriş biletlədir və qiyməti 150dinar, yəni 2,20 azndir.

File_000 (74)

Gostilje şəlaləsi

Zlatiborun mərkəzinə 25 km məsafədə yerəşən Gostilje kəndində yerləşir. Şəlalə  20m yüksəklikdən tökülüb bir neçə kiçik şəlaləylə bərabər Katusnica çayına qarışır. Şəlalənin buz kimi suyu ətrafı sərinlətməyə bəs edir. Yaxınlıqda hovuz, otel, restoranlar, piknik yerləri, uşaqlar üçün atrksiyonlar  da  mövcuddur. İstəyənlər ailələri ilə  burada istirahət edirlər. Şəkillərdə şəlalə daha bol sulu, böyük görünürdü. Deyilənə görə, havalar isti keçdiyinə görə şəlalənin suyu azalıbmış. Şəlaləyə giriş pulladır və qiyməti 150 dinar, yəni 2,20 azn.

File_000 (12)

Bu qədər gəzintini bir gündə  həyata keçirmək hər oğulun işi deyil. Özümüzü buna görə təbrik edir və ayaqda alqışlayırıq. 😄