Bu bir danılmaz həqiqətdir ki, sentyabr səyahət üçün ilin ən gözəl vaxtıdır. Havanın yavaş-yavaş sərinlədiyi, qiymətlərin düşdüyü, səfərlərin isə seyrəldiyi vaxtdır. Əgər Sentyabrda səyahətə çıxmaq  şansınız varsa, Lonely Planet in ekspertləri sizə Kanadanın qızılı agaclarla dövrələnmiş gölləri ətrafında gəzintini, at minməyi,  Mərakeşin cənnət qapısı Tangier bazarlarında alış-veriş etməyi və ya San Fransiskoda Şekspirin yubileyinə qatılmağı məsləhət görürlər.

Banff & Lake Louise – də payızla baş-başa

file_003 Başı qarlı dağlarla əhatəli Banff Milli Parkı firuzəyi gölləri ilə ilin istənilən vaxtı göz qamaşdırır. Ancaq sentyabrda Kanadanın bir nömrəli bu parkı daha cəlbedici olur. Sentyabradək Banffın tünlüyündən əsər qalmır, yay aylarındakı izdiham çoxdan məktəbə və işə geri dönür və parkın 1000 km gəzinti yolu səyahətçilərin ixtiyarına keçir. Məhz bu vaxtda  insanları buraya cəlb edən əsas səbəb qızılı xəzanda addımlayarkən duyulan sükut və huzurdur. Şam ağacları isə bu mənzərənin baş qəhrəmanlarıdır.

Lake Louise Wonderfall  festivalı da sentyabr ayında başlayır və səyahətçilərə bir çox  fəaliyyətdə-təbiət yürüşlərində, at belində gəzintilərdə xüsusi  imkanlar yaradır. Büdcəsi  məhdud  olan  səyahətçilər də nəzərə  alınıb bu festivalda. Belə ki, festival iştirakçılara qalacaq yer və müxtəlif fəaliyyətlərin də  daxil olduğu paketlər təqdim edir.

Bunları dadmadan  Siciliyadan getməyin

file_002Sentyabr ayı  İtalyanın səfalı adası Sicilyaya səyahət etmək üçün ən mükəmməl zamandır. Məhz bu dövrdə avqust ayının qarışıqlığı, sıxlığı getdikcə seyrəlir. 26 dərəcə temperaturda adanın tarixi qəsəbələri, görkəmli arxeoloji məkanları, gözoxşayan parkları, büllur çimərlikləri kəşf edilmək üçün səyahətçilərin yolunu gözləyir.

Sentyabr həmçinin məhsul yığımı vaxtıdır. Sicilyanın bir çox qəsəbələrində bir-birindən fərqli kulinariya  festivalları keçirilir. San Vito lo Capoda kuskus, Sortinoda bal, Brontedə fıstıq, Aci Castelloda arancini (düyü topları), Aragonada kolbasa, Palermoda dondurma. Payız həm də üzüm yığımı və şərab hazırlanması sezonudur. Bu festivallarda məhsulların nümayişi zamanı yerli şərabların da dadına baxa bilərsiniz.

Monqolustanda festivallara qatılın

file_001Payız fəslində isti havalar yavaş-yavaş yerini sərinlərə təslim edir, buna rəğmən Sentyabrda bir çox festival keçirilir.  Qışın yaxınlaşması ilə əlaqədar olaraq köçəri quşlar cənuba köç etməyə başlayırlar və yol boyu Monqolustanın göllərini və ayaq basılmamış düzənliklərni özlərinə məskən seçirlər. Ganga Nuur duzlu gölü köçəri quşların ən ümdə məskən seçdikləri bölgədir.  Sentyabrın əvvəlində burada Ganga Lake Festival keçirilir və bu festival  qu quşlarının köç hazırlıqıarına təsadüf edir. Festival Dariganga etnik qrupunun musiqi, rəqs və yeməkləri ilə daha da şənlənir. Quş sevənlərin Monqolustan qərbində təşkil olunan ənənəvi Altai Eagle Festivalına qatılmaları məsləhətdir. Festival proqramına qartal, at, dəvə yarışları daxildir.

Sentyabrın  17-18 –ində isə Monqolustanın köçəri tayfaları Köçərilər günü festivalını qeyd edirlər. Festival Töv vilayətinin Gan Galuut bölgəsində keçirilir. Qonaqlar köçərilərə xas oyunlarda iştirak etməklə yanaşı, çay dəmləmə və çadır (ger)  qurma kimi günlük işlərə qatılmaq imkanı əldə edirlər.

San Fransiskoda Şekspiri an

file_000-4San Fransiskolular sentyabr ayının hər həftə sonunda şəhərin ən yaşıl parkı olan Presidioda özlərinə bir parça şeir dinləmə şansı verirlər. Bu il ölümünün 400-cü  ildönümü qeyd olunan böyük yazıçı Şekspirin xatirəsinə həsr edilən  San Fransisco Shakespeare Festival –keçirilməyi nəzərdə tutulub. Təşkilatçılar Festvalda məşhur şairin  “Winter ‘ s Tale”( “Qış nağılı)  əsərini nümayiş etdirməyi  münasib biliblər. Ilk baxışda  sentyabr ayı üçün  qəribə bir seçim kimi görünə bilər. Ancaq San Fransiskonun  qış mövsümünə  xas  sıx  dumanı bu il buralara erkən  gəlmək  istəsə,  qonaqlar sərin,  hətta  soyuq  bir performansla qarşılaşa bilərlər.

Tamaşa hər şənbə və bazar günləri günorta saat ikidə şəhərin cənub hissəsində yerləşən John McLaren parkında oynanılır. Özünüzlə örtük, piknik ləvazimatları götürməyi unutmayın və Leontes, Hermione, Perdita səhnələrindən həzz almağa hazırlaşın.

Sehrli Tangieri içinə çək  

file_000-3Sentyabrda Mərakeşin sərinləyən vaxtlarında Tangierin TanJazz festivalına qatılın. Konsertlər, yarmarkalar və digər əyləncələr axşamlar şəhərin mərkəzində təşkil olunur və sizə nostalji bazarları, kafeləri, tarixi məkanları kəşf etməyə imkan yaradır. Burada İnsan  özünü 60-cı illərə dönmüş hiss edir bir anlıq. Tangier möhəşəm bir mərkəzdir, məşhurların, sənətkarların, musiqiçilərin də sevimli məkanıdır. Tangier zamanla “keyfiyyətsiz və ucuz” adını üzərindən ataraq, özünü inkişaf etdirərək, yenidən parlamağa başlayır.

Yenilənmiş ictimai yerlər, muzeylər, təzə açılmış otel, dükan, restoranlar şəhərin uzun müddətdən bəri itirilmiş turistik görkəmini geri qaytarır.  Lakin hələ də Jack Kerouac-un  bəyəndiyi, Beatles və ya  Matisse–nin  bir zamanlar vaxtlarını keçirdiyi kafe-barlarda nostalji anlar yaşaya bilərsiniz. Və yaxud da bazarlıq qabiliyətinizə güvənirsinizsə, yerli bazarlarda qiymətlərdə razılaşaraq alış –veriş edə, bölgənin inkişafına öz töhvənizi verə bilərsiniz. Qısa müddət ərzində Mərakeşlə müqayisə edilə biləcək səviyyəyə yüksələcəyi  hesab olunan  Tangier-i turistlər  işğal  etmədən  görməyiniz  məsləhətdir.

Mənbə: Lonely Planet