Airliner, passports, Paris map

Tez-tez səyahət edən hər insan üçün ucuz təyyarə  bileti almaq qədər  xoşbəxtlik yoxdur. Çünki heç kim səyahət büdcəsinin yarıdan çoxunu təyyarə biletinə xərcləmək istəməz. Bəs büdcəni necə yüngülləşdirmək olar? Təyyarə bileti alınmağın “qızıl qaydaları”na əməl olunsa, bilet üçün ayrılan məbləği əyləncə, alış-verişə xərcləmək olar. Bu qaydalar nələrdən ibarətdir?
  1. Biletinizi əvvəlcədən rezervasiya edin: havayolu şirkətləri bir il əvvəldən limitli sayda bileti ucuz qiymətə satışa çıxarırlar. Həmin biletlər bitdiyi vaxt isə  qiymətlər qalxır. Ucuz təyyarə bileti almağın birinci şərti erkən rezervasiyadır. Məhz erkən rezervasiya sayəsində təyyarə biletinə böyük bir sərvət xərcləməkdən azad olarsınız. Bir neçə hava yolu şirkətinin bilet qiymətlərini müqayisəli şəkildə təqdim edən Skyscanner-ə görə ucuz təyyarə bileti almağın ən yaxşı vaxtı səyahətdən 27həftə əvvəlki tarixdir. Bu zaman qiymətlər 14,9% daha ucuz olur. Biletlərin ən baha vaxtı isə uçuşdan 1 həftə əvvəl olur.
  2. Səyahət üçün passiv sezon seçin: Yayda hamının uçduğu zaman qiymətlər həddindən artıq baha olur. Lakin yayın başlanğıcı  və sonunda ucuz bilet tapmaq şansınız olur.  May və sentyabrda iyul, avqusta nisbətən daha ucuz bilet almaq olar. Skyscanner-in verdiyi məlumata görə bütün il üçün ən ucuz bilet mayda alınır. Bir də hər ölkə üçün “ ölü” aylar da var. Belə ki,   Almaniya və ABŞ-a fevral ayında uçanlar, İspaniyaya  isə yanvarda gedənlər bileti daha ucuz əldə edirlər.
  3. Həftə içi uçun: “Airlines Reporting Corp” un araşdırmaları nəticəsində aydın olub ki, həftənin ən  ucuz günü bazar günüdür. İkinci yeri şənbə günü tutur (1.6% daha ucuz). 3-cü yerdə isə çərşənbə günüdür.  Ən baha gün isə cümə günüdür. Səbəbi isə məlumdur, həftə sonu səfər planlaşdıranların sayı daha çoxdur.
  4. Gediş-dönüş biletləri alın: bilet alarkən bir tərəfli deyil, gediş-dönüş bileti alsanız daha az xərcə düşəcəksiniz.
  5. Birbaşa uçun: birbaşa uçuşlar həmişə başqa şəhərlər üzərindən uçuşdan daha ucuz olurlar.
  6. Səyahət tarixlərini dəyişəbilən  tutun: səyahət tarixləriniz dəyişəbiləndirsə, bilet  axtararkən müəyyən etdiyiniz tarixdən bir neçə gün əvvəl və sonrakı tarixləri də yoxlayın. Tarixlər arasında qiymət fərqlərinə rast gəlinir.
  7. 1 həftədən tez dönməyin: Səyahət edəcəyiniz ölkədə 1həftədən az qaldığınızda biletlər daha baha olur. Gediş-dönüş bileti alınan səyahətlərdə bir şənbə günü qalmağınız məsləhətdir.
  8. Fərqli havayolu firmalarının saytlarında qeydiyyatından keçin: ucuz təyyarə biletini əldə etməyin bir yolu da müxtəlif havayolu firmalarının saytlarında qeydiyyatdan keçməkdən  ibarətdir. Beləcə, endirim və kampaniyalar haqda məlumatlar sizin email-inizə davamlı olaraq göndəriləcək.
  9. İkinci dərəcəli aeroportlardan uçun: Birinci dərəcəli aeroportlardan uçan təyyarələrin biletləri həmişə baha olur. Ona görə də, ikinci dərəcəli aeroportlardan uçuşların olub olmamasını yoxlamadan bilet almayın.
  10. Biletə görə səyahət edin: Nəhayət, biletlə bağlı fürsət əlinizə keçdikdə onu dəyərləndirin. Yəni, səfər planlaşdırıb ona uyğun bilet almaqdansa, ucuz bilet tapdığınız  ölkəyə səyahət planlaşdırın.