Telegraph.co.uk Poçt ofisin araşdırmalarına əsasən 2016-cı ildə qısa müddətli tətil üçün Avropanın ən ucuz 10 şəhəri müəyyən edilib. Şəhərlər 12 meyara əsasən sıralanıb. (həftə sonu 2 gecə 3 ulduzlu  qonaqlama, ən məşhur qalireyalara, muzey və incəsənət mərkəzlərinə giriş, avtobusla şəhər turu, 48 saatlıq səyahət kartı, hava limanından transfer, gündə 3 dəfə yemək 2 şüşə şərabla birlikdə, pivə, alkoqolsuz içkilər və kofe) Poçt ofisin təmsilçisi Andrew Brownun dediyinə görə sonuncu – iyul ayındakı araşdırmalarından sonra qiymətlərdə dəyişikliklər olub. Göstərilən qiymətlər Oktyabr ayı üçün keçərlidir. 

10.  LİLLE, FRANCE

Ümumi xərc: 190,98£

Lille bu sıralamaya ilk dəfə bu il təklif etdiyi münasib otel qiymətlərinə əsasən daxil olub. (3ulduzlu otel 2 gecə 81£)file_000“Şimali Fransanın ən böyük şəhəri olmağına baxmayaraq, Lille heç də digər iri şəhərlər kimi  təəssürat yaratmır. Dəbin bütün soyuqluğundan uzaq bi şəhərdir Lille. Yağışlı cümə günü canlanan şəhərin mərkəzi kafeləri, qulaqbatırıcı siqnalların eşidilmədiyi,  sakit və təmkinlə axan nəqliyyat Lilleni cazibədar edən amillərdəndir”, Telegraph Travel-in səyyahı Helen Picks deyir. 

9. KRAKOV, POLŞA

Ümumi xərc: 184,93£

İyul ayının sıralamasında 5-ci yeri tutan Krakovda bu aylarda otel qiymətləri nəzərə çarpacaq dərəcədə yüksəlib. Hal-hazırda 3 ulduzlu oteldə 2 gecə qonaqlamaq 101 £-dur, bu da digər şəhərlərlə müqayisədə bahadır.file_001

“Memarlığı ilə seçilən Polşanın keçmiş paytaxtı və ikinci böyük şəhəri günü-gündən inkişaf edir. Ölkə 1918-ci ildə müstəqillik  əldə etdikdən sonra şəhərin ən gözəl memarlıq abidəsi Wawel Qalası əsaslı bərpa olunub. Krakovun digər simvolu,  Avropanın orta əsrlərə aid ən geniş meydanı Rynek Qlowny isə mötəşəmliyi ilə gözləri qamaşdırır”, keçən il şəhərə səyahət etmiş Telegraph-ın səyyahı Lizie Porter deyir.

 8. TALLİN, ESTONİYA

Ümumi xərc: 178,70£

Estoniyanın paytaxtı, sıralamaya sonuncu araşdırmada daxil olan şəhərlərdəndir. Buna qonaqlama qiymətlərində nəzərə çarpan dərəcədə endirimlər təsir edib. Belə ki, 3 ulduzlu oteldə 2 gecəlik qonaqlama 76£.file_002

“Orta əsrlə müasir dövrün vəhdətidir Tallin. Tarixi şəhər divarları, daş döşəməli dar küçələriylə, zəng qüllələriylə – 850 illik Danimarka, İsveç, Alman və Rus hakimiyyəti izlərini özündə birləşdirən, bu günə qədər qoruyub saxlayan, ən gözəl qədim şəhərlərdəndir, Telegraph-ın səyyahı Adrian Bridge deyir.

 7. RİQA, LATVİYA

Ümumi xərc: 173,97£

Sonuncu araşdırmada 4-cü yeri tutan, Avropanın keçmiş mədəniyyət paytaxtı olan  Riga hal-hazırda 7-ci sırada yer almaqdadır. file_003

“Latviyanın paytaxtı zəng qüllələri, möhtəşəm opera binası, konsert zalları, kilsələri, fantastik art nouveu memarlıq abidələri ilə zəngin bir şəhərdir. İsveç, Alman, Rus və nəhayət, Latviya hakimiyyətinə şahidlik edən  800 illik tarixi ilə müasir  dövrün harmoniyasıdır. Gənc riqalılar üçün UNESCO mirası olan qədim şəhərin barlarında partilər təşkil etməyin nə qədər çətin olduğunu yaxşı dərk edirlər. ”, Telegraphın səyyahı Adrian Bridge deyir.

6. MOSKVA, RUSİYA

Ümumi xərc: 171,07£

Moskva da həmçinin qiymət düşüşləri yaşayır. Belə ki, Poçt Ofisin bu aykı araşdırmasında 9-cu yerdən 6-cı yerə yüksəlib. file_004

“Moskva özünün məşhur səmtləri olan Qırmızı meydan, Kreml sarayı və Lenin movzeleyi ilə görülməli şəhərlər arasındadır. Avropanın ən canlı 10 milyon əhalisi olan metropolisinin barlarında, kafelərində, alış-veriş mərkəzlərində dolaşmaq, insan selinə qapılmaq təcrübəsini yaşayın”, Teleqraph-ın  səyyahı Marc Bennet məsləhət görür. 

Əlbəttə kİ, Moskvaya gəlib mədəniyyət  saraylarına baş çəkməmək, xüsusilə də, İlya Repinin kətan üzərində dini motivli əsərlərini, Tretyakov galireyasını görmədən Rusiya paytaxtını tərk etmək olmaz.

 5. AFİNA, YUNANISTAN

Ümumi xərc: 165,30£

Afina iyul ayından bu yana 10-cu yerdən 5-ci yerə yüksəlib. file_005

“Şərq sivilizasiyasının beşiyi olan Afina 2500 illik tarixi memarlıq abidələri ilə ən zəngin şəhərdir. Son zamanlar iqtisadi çətinliklər yaşayan yunanlar dünyada mənfi imic yaratsalar da, Afina mədəniyyət və tarixi baxımdan hələ də görülməli yerlər arasındadır”,  Teleqrafın Yunanıstan üzrə səyyah eksperti Jane Foster deyir.

2004-cü ildə bərpa edilən 2,5 mil uzunluğa malik Akropolisə gedən piyada yolu şəhərin əsas tarixi memarlıq abidələrini bir-birilə əlaqələndirmiş, şəhər mərkəzini dolaşmağı asanlaşdırmıdı.

 4. VARŞAVA, POLŞA

Ümumi xərc: 160£

Varşava yay araşdırmaları zamanı bu sıraya başçılıq edirdi. İndi isə 4-cü yerdə qərarlaşıb. Lakin otel qiymətləri yenə də yüksək olaraq qalmaqdadır, iki gecə, 3 ulduzlu otel 94£.file_006

“Soyuq müharibənin abu-havası üzərində hələ də hiss olunan Varşava tarixi qədim şəhəri və gecə həyatı ilə çox da baha olmayan səyahət nöqtələrindəndir”, Varşavaya keçən il səyahət edən Teleqraph-ın səyyahı Mary Lussiana deyir.

Payız olmağına baxmayaraq, Varşava sanki çiçəklənir. Hər yerdə yeniliklər, inkişaf nəzərə çarpır. Yeni restoranlar, dizayner dükanlar, kiçik muzeylər açılır. Digər Avropa ölkələrinin əksinə, Polşa iqtisadi krizdən çox da nəsibini almayıb.

 

3.      PRAQA, ÇEXİYA

Ümumi xərc: 156,23£

Çexiyanın paytaxtı sıralanmış şəhərlər arasında ən ucuz yemək qiymətləri təklif edir, gün ərzində 3 dəfə yemək (bir şüşə şərabla) 29,90£.file_007

“Par-par parıldayan kompyuter şirkətlərinin ofisləri, dəbdəbəli moda dükanları, fərqli, qeyri-ənənəvi biznes modelləri – bunların hamısı barok üslubda yenicə bərpa edilmiş qədim şəhərin  daş döşəməli küçələrinə sığışdırılıb”,  Telegraph-ın  Praqa üzrə eksperti Will Tizard deyir.

2. BUDAPEŞT, MACARISTAN

Ümumi xərc: 146,71£

Budapest bütün göstəricilərə görə ikinci yerdədir. Hətta, ən ucuz qonaqlama (2 gecə, 3 ulduzlu oteldə 57 £ qiymət) təklif edir. Yaydan bu yana isə qiymətlərin ümumilikdə 19 £ düşdüyü  bildirilir. file_008

“Bu endirim sayəsində  Macarıstan paytaxtının tarixi kafeləri, dəbdəbəli hamamları, bər-bəzəkli bazarları insanla dolub daşır”, keçən il bu vaxtlar Budapeştə səyahət etmiş Telegraph-ın səyyahı Natalie Paris deyir. 

  1. VİLNÜS, LİTVA

Ümumi xərc: 144,77£

Hava limanından və şəhər mərkəzindən ən ucuz transfer (1,77£), şəhərin görülməli yerlərinə pulsuz giriş və bu kimi sərfəli təkliflərlə Litvanın paytaxtı Vilnüs siyahıya başçılıq edir. file_009

“Vilnüsün canlı, səs-küylü kafe mədəniyyəti ilə orta əsr irsi çox gözəl vəhdət təşkil edir.” Telegraph-ın səyahətçisi Adrian Bridge deyir.

“Litvanin paytaxtını ilin ən gözəl vaxtı – payızın əvvəli kəşf edin. Mərkəzi və Şərqi Avropanın ən böyük və qədim şəhərinin heyranedici atmosferə malik daş döşəməli küçələrində  gəzərək  vaxt keçirin. Barok, qotik, renessance və rus üslublu memarlıq abidələrini kəşf edin, yerlilərə qoşularaq gecə klublarında əyləncədən həzz alın.

Mənbə: Telegraph.co.uk