Avropaya səyahətin ən gözəl vaxtı Milad bayramı ərəfəsidir. Ətirli şam ağaclarının qoxusunu içinizə çəkmək, yaxud da həzin milad  musiqilərini dinləmək, rəngarəng yeni il hədiyyəsi almaq istəyirsinizsə,  o zaman yenil ili yaşamaq üçün üçün Avropanın ən möhtəşəm bazarlarına nəzər salın.

DREZDEN, ALMANİYA

Əgər siz Milad bayramını sevirsinizsə, onda Drezdeni də sevəcəksiniz. Möhtəşəm Milad bazarları ilə yanaşı Alp dağlarının xizək cazibəsi bayramı Drezdendə daha da əyləncəli edir. Tarixi kilsələrdə təşkil olunan dini ayinlər, organ və digər alətlərdə musiqilərin ifası festival əhvalından kənar olsa da, diqqət çəkən məqamlardır.

Bayram abu-havası şəhərin hər addımında hiss olunur. Drezdenin ürəyi isə möhtəşəm alman Milad bazarı Striezelmarkt-da atır. Striezelmarkt Drezdenin ən qədim bazarıdır və 1434-cü ildən təşkil olunur. Bu bazar həmçinin özünün ən geniş Erzgebirge piramid formalı evcikləri ilə məşhurdur. 100 dəfə təsvir etməkdənsə, bir dəfə gömək yaxşıdır. Alın biletinizi, atın özünüzü bu bazarlara, doyunca əylənin, əsl yeni ili yaşayın.

KOLMAR, FRANSA

18 ildir ki, özünün 6 həftə davam edən Milad bazarı ilə ün qazanan Kolmar. Labirinti xatırladan kiçik küçələrə səpələnmiş beş məşhur Milad bazarna bir nəzər salın. Hər bazar kiçik bir şəhərdir sanki. Biri digərindən memarların min bir həvəslə dizayn etdiyi özünəməxsus üslubu ilə fərqlənir. Onlardan ən məşhuru isə keyfiyyətli və təkrarolunmaz məhsulları  ilə gözoxşayan Alsacedır. Bununla yanaşı, siz müxtəlif çeşidli əyləncələrə, turlara qatılaraq, ləzzətli şərabları dadaraq, uşaq animatorlarını izləyərək, ənənəvi oyuncaq sərgilərini gəzərək, müxtəlif şou və konsertlərin bir parçası olaraq daha da fərqli yeni il yaşayacaqsınız.

VYANA, AVSTRİYA 

Noyabrın ortalarından başlayan, dekabrın 23-dək davam edən, Vyananın ən gözəl meydanında təşkil olunan sehrli Milad bazarı. Milad şirniyyatlarının ətri, isti punch (Avropada məşhur spirtli və spirtsiz içkilər) yeni il abu havasından xəbər verir. Ən məşhur bazarı isə “Vienna Magic of Advent”  Bələdiyyə Sarayı meydanını əsl nağıl diyarına çevirir. Milad hədiyyələri, bəzədilmiş şam ağacları, şirniyyatlar, isti içkilər, uşaqlar üçün atraksionlar, daha nələr, nələr. Bu möhtəşəm bayram günlərinin təəssüratından uzun müddət ayıla bilməyəcəksiniz. Digər bir Milad bazarı isə Schönbrun sarayında təşkil olunur. Schönbrun sarayı da ənənəvi əl işləri, yeni il aksesuarları yarmarkası, milad konsertləri və zəngin uşaq proqramları ilə Vyanaya öz yeni il töhvəsini ən maraqlı şəkildə verir.

BRÜSSEL, BELÇİKA

Brüsselin tarixi küçəsində təşkil edilmiş 2 km-lik “Brüsseldə qış möcüzəsi” bazarı uşaqlar və böyüklərin yaddaşından asanlıqla silinməyəcək. Bayram havası, unikal ambians, fərqli əyləncələr, ləzzətli yeməklər, dadı uzun müddət damağınızdan getməyəcək Belçika şokoladları, rəngarəng işıqlandırma.  Brüssel sizə unudulmayacaq yeni il keçirmək üçün hər cür mükəmməllik təklif edir. Qış möcüzələri əfsanəsi 5 həftə davam edən bayramın əsas hadisəsidir.

Place deMonnaie-yə köçürülən büz meydançası əvvəlkindən daha geniş olması və daha yaxşı xidmət göstərməsi ilə də diqqət çəkir. Müqəddəs Catherine kilsəsinin fasadının videomapping vasitəsilə işıqlardırılması, bu işıqları müşayiət edən musiqi, Milad paradı, ənənəvi əyləncə Ferris çarxı, saymaqla bitməyən əyləncələr.

PRAQA, ÇEXİYA

Unudulmaz atmosferi ilə Praqa Milad bayramı insanı hər addımda heyran edir. Milad əhvalı Advent ilə başlayır. Şəhər bayram libasını yavaş-yavaş geyinməyə başlayır. Milad bazarının hər gün ifa edilən bayrama özəl proqramı olur. Əsas məqsəd insanlara unudulmaz bayram əhvalı yaşatmaqdır. Praqa tarixi memarlıq abidələri, Qədim şəhər bölgəsində təşkil olunan milad bazarlarına üz tutan insanlara çeşidli yeməklər, içkilər, şirniyyatlar çex mətbəxinin hər cür təamı bayramı daha da dadlı edir. Taxtadan hazırlanmış oyuncaqlar, çexiyanın məşhur büllur qabları, dəmir zirehlər bazarda ala biləcəyiniz əşyalardandır. Həmçinin buradan hədiyyəlik bilərziklər, yeni il aksesuarları, suvenirlər də əldə edə bilərsiniz.

Mənbə: http://www.europeanbestdestinations.com/