Təyyarəniz gecikib? Uçuşunuz təxirə düşüb? Kefiniz heç pozmayın. Yaranmış vəziyyəti pozitivə çevirin. 600€ kompensasiyanızı alın, növbəti səfəriniz pulsuz başa gəlsin.

Uzun müddətdir gözlədiyiniz, min bir həvəslə hazırlaşdığınız tətil gəlib çatır. Yüksək əhval-ruhiyyə ilə aeroporta gəlirsiniz və bir anda  məyus olursunuz–təyyarə gecikir. Hava limanında gözləmək məcburiyyətində qalırsınız. Ancaq, gözlədiyinizə görə təzminat  alacağınızı bilsəniz, o zaman vəziyyət  çox cansıxıcı olmaz. Sərnişinlərin kompensasiya haqları, alınma qaydaları haqda bu yazıda məlumat veririk.

AB-nin “216 saylı sərnişin haqlarının tənzimlənmə qaydaları”na əsasən uçuşu təxirə salınmış hər bir sərnişinə təzminat ödənilməlidir. Bu qaydalar Avropa Birliyi ölkələrindən və Avropa hava yolu ilə uçan  bütün vətəndaşlara şamil edilir.

Hava yolu şirkətləri fövqəladə hal (nümayiş, hərbi vəziyyət və əlverişsiz hava şəraiti) zamanı təzminat ödəmir. Lakin, fövqəladə hallarda da hava yolu şirkətləri sərnişinlərə vəziyyət tam normallaşanadək dəstək  verməlidir: rezervasiya dəyişikliyi və ya istifadə olunmayan biletin ödənişinin geri qaytarılması kimi.

Uçuşun gecikməsi, ləğvi və təyyarəyə alınmama zamanı ödəniləcək təzminatın məbləği haqda məlumatı aşağıdakı cədvəldən öyrənə bilərsiniz:

Uçuşun Vəziyyəti

Uçuş məsafəsi (km)Kompensasiya(€)

Qeyd

Uçuş gecikərsə

0-1500

1500-3500

3500-dən çox

250

300

400

Gecikmə 3 saatdan çoxdursa
Uçuş ləğv olunarsa

0-1500

1500-3500

3500-dən çox

200

250

300

Ləğv planlaşdırılmış uçuşdan 3 saat sonra olarsa
Təyyarəyə alınmama

0 – 1500

1500-3500

3500-dən çox

250

400

600

UÇUŞ GECİKƏRSƏ

Gecikmə 3 saat olarsa, o zaman yemək və sərinləşdirici içki ilə təmin olunmalısınız. Əgər texniki nasazlıq və ya havada ləngimədən dolayı gecikmə olarsa, təzminat tələb etmə haqqınız var.  Uçuşdan 14 gün əvvəl xəbərdarlıq almısınızsa, onda sizə təzminat ödənilmir.

UÇUŞ LƏĞV OLUNARSA

Əgər uçuşun ləğvi planlaşdırılmış  uçuşdan 3saat sonra baş verərsə, siz biletin tam pulunu  geri almaqla yanaşı, 125€-300€ kompensasiya da ala bilərniz.

TƏYYARƏYƏ ALINMAMA

Overbooking zamanı, adətən, göyərtədə sərnişin artıqlığı yaranır. Əgər salonda sizə oturacaq yer yoxdursa, o zaman siz biletin tam qiymətinin geri qaytarılmasını və əlavə ödəniş tələb edə bilərsiniz. Əgər siz növbəti uçuş üçün qeydiyyatdan keçsəniz, sizin yenə də təzminat alma və uçuşu gözləyərkən dəstək almaq haqqınız var: yemək, otel (növbəti uçuş səhərə təyin olunarsa) və telefon haqqı.

TƏZMİNATI NECƏ ALMAQ OLAR

Təzminatı birbaşa hava yolu şirkətindən və ya müəyyən məbləğ qarşılığında bu sahə üzrə ixtisaslaşmış şirkətlərin xidmətindən yararlanaraq ala bilərsiniz. Təzminat haqqı yalnız son 6 ildə edilən uçuşları əhatə edir .

Qeyd: hava limanında gözləmə zamanı edilən alış-verişin, yeyilən yeməyin qəbzlərini atmayın və məlumat lövhəsindəki dəyişikliklərin şəklini çəkin. Çalışın hesaba ən lüks oteldə şampanlı şam yeməyinin qəbzlərini əlavə etməyin. Çünki hava yolu şirkəti belə xərclərə ehtiyac olmadığını əsas gətirərək, hesabı ödəməyə bilər. Ancaq, adekvat və səmimi davranış sizə qanunla haqqınız  olanı almağa imkan verəcək.