Səyahət təəsüratlarınızı bölüşmək istəyirsiz?

Biz Sizə bu imkanı veririk.

Səyahət etmək hər birimizin arzusudur. Arzuladığın səyahəti etmə sevincini bölüşmək isə ən az səyahət qədər zövq vericidir. Hələ bu təəssüratlar gəzmək istəyənlərə faydalı olacaqsa, nə xoş sizə.

Əgər siz də öz səyahət hekayənizi bölüşmək istəsəniz, biz sizə dəstək verməyə hazırıq.

Yəni, yazmaq Sizdən paylaşmaq Gəz Dunyanı-dan. Yazın, dünyaya bir də sizin gözünüzlə baxaq 🙂

Bunun üçün nə etmək lazımdır?

Məqalənizi WORD formatında bizə, yəni contact@gəzdunyani.com ünvanına şəkillərlə birlikdə göndərirsiniz. Biz də paylaşırıq. Bu qədər sadə.

Əgər mətn ardıcıllığında çətinlik çəksəniz, hazırladığımız planı izləməklə məqalənizi  daha rahatlıqla yaza bilərsiniz. Yox, əgər: “Mən təbim necə gəlirsə, elə yazmaq istəyirəm”, deyirsinizsə, o zaman meydan Sizindir.

Sizin hekayələrinizi Sizin dilinizdən oxumaq diləyi ilə hər birinizə UĞURLAR 🙂